ABŞ-da ŞOK qərar: TikTok bu səbəbdən qadağan edildi

17:39 15 Dekabr 2022

ABŞ Senatı yekdilliklə "milli təhlükəsizlik narahatlıqları" səbəbindən federal hökumət işçilərinə TikTok-u hökumətə məxsus cihazlara yükləməyi qadağan edən qanun layihəsini qəbul edib.
Senatın Baş Assambleyası "Hökumət Avadanlıqlarında Tiktoka Yox" adlı qanun layihəsinə səs verib. Qanun layihəsinə bütün senatorlar leyhinə səs  verib. Sözügedən qanun layihəsi ilə federal hökumət işçilərinə TikTok tətbiqini dövlətə məxsus cihazlara yükləmək qadağandır.

Bunun layihənin qanuna çevrilməsi üçün əvvəlcə Nümayəndələr Palatasında təsdiqlənməli, sonra isə ABŞ prezidenti Co Bayden tərəfindən imzalanmalıdır.

 Qeyd edək ki, ABŞ siyasətçiləri və kəşfiyyat xidmətləri Pekində yerləşən ByteDance Ltd tərəfindən   hazırlanmış tətbiqdə şəxsi məlumatların Çin hökumətinə verildiyini və bunun da "milli təhlükəsizliyə təhlükə olduğunu" gündəmə gətirirlər. 

TikTok rəsmiləri isə məlumatın heç bir şəkildə Çin hökuməti ilə paylaşılmadığını və hökumətin onlardan belə bir tələb etmədiyini iddia edirlər.

Səid İsaoğlu,

SİTAT.İNFO



Xəbər xətti