Rusiyanın İrkutsk vilayətində neft məhsulları istehsal edən obyektdə baş verən yanğın nəticəsində 2 nəfər ölüb, 4 nəfər yaralanıb.
Sitat.info rusiya mediasına istinadən xəbər verir ki, Rusiya İstintaq Komitəsinin verdiyi açıqlamada hadisə nəticəsində 2 nəfərin öldüyü, 4 nəfərin yaralandığı bildirilib.
İrkutsk qubernatoru İqor Kobzev yanğının 2500 kvadratmetr sahəni əhatə etdiyini və alovların nəzarət altına alındığını bildirib.
Faktla bağlı istintaq hələ də davam edir.
Seymur,
SİTAT.İNFO