ABŞ rusiyalı oliqarxa sanksiya tətbiq etdi

22:43 15 Dekabr 2022

ABŞ Rusiyanın maliyyə xidmətləri sektoru ilə bağlı 18 quruma və Rusiya hökumətinə bağlı 40-dan çox şəxsə qarşı sanksiya tətbiq edib.

Bu haqda ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

Siyahıda rusiyalı oliqarx Vladimir Potanin və onun bu ilin əvvəlində satın aldığı Rusiya mərkəzli kommersiya bankı “Rosbank” da var.

“Daha çox Rusiya banklarına qarşı sanksiyalar tətbiq etməklə, biz Rusiyanın qlobal bazarlardan təcridini dərinləşdirməyə davam edirik”, - maliyyə naziri Brayan Nelson açıqlamasında bildirib.//“Qafqazinfo”



Xəbər xətti