Aİ liderləri 18 milyard avro ayırmaq üçün razılaşıblar. Bundan əlavə, Ukraynanın qışdan çıxmasına kömək etmək üçün infrastrukturun bərpasına kömək edəcəklər.
Sitat.info xəbər verir ki, bu gün Avropa İttifaqına üzv ölkələrin liderləri 2023-cü ildə Ukraynaya 18 milyard avroluq makromaliyyə yardımı göstərməyə razılaşıblar.
Sənəddə qeyd edilir ki, Avropa İttifaqı tərəfdaşları ilə birlikdə Ukraynaya maliyyə yardımı göstərmək, yardımın uzunmüddətli dövrdə davamlılığını dəstəkləmək öhdəliyinə sadiqdir.
Bundan əlavə, Avropa liderləri Ukraynaya humanitar və mülki müdafiə yardımının göstərilməsini dərhal gücləndirməyə” razılaşıblar.
“Avropa Şurası Komissiyanı Ukraynaya mobil istilik qurğuları, enerji generatorları, güc transformatorları, eləcə də yüksək gərginlikli işıqlandırma avadanlıqları kimi yardımları davamlı təchizatını təmin etmək üçün Avropa sənayesi və beynəlxalq tərəfdaşlarla koordinasiyanı gücləndirməyə dəvət edir ", - sənəddə deyilir.
Eyni zamanda, Aİ-yə üzv dövlətlərin rəhbərləri həm Ukraynada yaşayan, həm də artıq ölkəni tərk edən məcburi köçkünlərə yardım göstərməyə davam edəcəklərini təsdiqləyiblər.
Nərgiz,
SİTAT.İNFO