İmamoğlu Mecidiyeköydə Halaskar Gənclik və Həyat Mərkəzinin təməlqoyma mərasimində iştirak edib. Mərasimdə İzmir Böyükşəhər Bələdiyyə Başçısı Tunç Soyer və Adana Böyükşəhər Bələdiyyə Başçısı Zeydan Karalar da iştirak edib.
Sitat.info xəbər verir ki, təməlqoyma mərasimindən sonra İBB sədri İmamoğlu jurnalistlərin suallarını cavablandırıb.
İmamoğlu vurğulayıb ki, ona qarşı yanlış addım atılıb.
"Prokurorun yuxarı məhkəməyə verdiyi vəsatət, məhkəmə prosesində ortaya qoyduğu münasibət... Bu qədər haqsızlıq edən , Türkiyə məhkəmə-hüquq sisteminə bu qədər iyan vuran şəxsdən ədalət gözləməyə dəyməz, bu özünü aldatmaq olardı. İstanbula və bu ölkəyə xidmət etməkdə qərarlı bir insan olaraq bu haqsızlığı edən prokuror və hakimlərin uşaqlarına belə xidmət edəcəyəm. Yaxşı xidmətlər göstərəcəyəm. Dünəndən mətbuatda məhkəmə heyəti ilə bağlı çox şeylər oxudum. Çox maraqlı vəziyyətdir. Bu, ölkəmizdə ilk dəfə deyil. Məhkəmə sistemini layiqincə təmsil edəcək hakimlərə güvənmək istəyirik. Biz onları istəyirik. Bu böyük yanlışı düzgün qərarla geri qaytarmaq olar".
İmamoğlu onu da vurğulayıb ki, lazımi vaxtda hüquqi addımlar atılacaq: "Hər şeyin öz vaxtı var, vəkillərimiz onu izləyir. Doğru zamanda lazım olan etirazlar ediləcək. Ümid edirəm ki, bu mərhələdən geri dönüş edəcəklər".
Məğrur,
SİTAT.İNFO