Gürcüstan Prezidenti: "Yaşıl enerji ilə bağlı dördtərəfli saziş tarixi addımdır"

17:26 17 Dekabr 2022

“Mən bu gün Qafqazı Avropa İttifaqı ilə birləşdirəcək yaşıl enerji ilə bağlı sazişin imzalanmasını böyük tarixi addım kimi qiymətləndirir və alqışlayıram”.

Sitat.info xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili tviterdə yazıb.

“Qara dəniz indi hər iki tərəfi birləşdirən körpüdür və Avropa dənizinə çevrilir”, - o bildirib.

Qeyd edək ki, dekabrın 17-də Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalanıb.

Sazişi Azərbaycan Prezidenti İlham Əliyev, Rumıniyanın Baş naziri Nikolae Çuke, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Macarıstanın Baş naziri Viktor Orban imzalayıblar.

İmzalanma mərasimində Rumıniya Prezidenti Klaus Yohannis və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen iştirak ediblər.



Xəbər xətti