Moldova parlamenti dövlət dilinin adını dəyişdirməyi planlaşdırır

18:05 17 Dekabr 2022

Moldova parlamenti qanunlarda dövlət dilinin adını dəyişdirməyi planlaşdırır.

Sitat.info TASS-a istinadən xəbər verir ki, Moldovada hakim Fəaliyyət və Həmrəylik Partiyası qanunlardakı dövlət dilinin adını moldavdan rumın dilinə dəyişəcək.

Fəaliyyət və Həmrəylik Partiyasının sədri İqor Qrosu hazırda bununla bağlı müzakirələrin getdiyini bildirib.

“Amma bu ilin sonuna qədər bununla bağlı dəyişiklik etməyə vaxtımız çatmayacaq” - o əlavə edib.



Xəbər xətti