İranda "Şeb-i Yelda"ya hazırlıqlar başlayıb

14:15 19 Dekabr 2022

İranda ilin ən uzun gecəsi olan "Şeb-i Yelda"ya hazırlıqlar başlayıb.Paytaxt Tehranda insanlar alış-veriş üçün Böyük Bazara axışıb.
Sitat.info xarici mediaya istinadən xəbər verir ki, İranda ilin ən uzun gecəsi kimi qeyd olunan və qış mövsümünün başlanğıcı sayılan dekabrın 21-i qeyd olunan “Şeb-i Yelda”ya hazırlıqlar başlayıb. Paytaxt Tehranda bazarlar, küçələr və mağazalar müştərilər üçün günlər öncədən hazırlanıb. Tehranın Böyük Bazarına axın edən iranlılar ilin ən uzun gecəsini alış-veriş edib.

İranlılar deyir ki, bu gecədə ailəlikcə bir araya gəlirlər: "Bir-birimizə hədiyyələr veririk. Qarpız, nar və müxtəlif şirniyyatlar alınır. Bu axşama özəl qurudulmuş meyvələr də süfrədə olur". 
Tehrana alış-verişə gedən insanlar sırf Şeb-i Yelda üçün lazım olan ərzaqların  baha olmasından da şikayətləniblər. Bəzi iranlılar baha olduğundan alış-veriş edə bilmədiklərini, bəziləri isə mövcud vəziyyətə öyrəşməli olduqlarını bildiriblər.

Satıcılar əvvəlki illə müqayisədə qiymətlərdə artım olduğunu deyirlər. Əvvəlki kimi ucuz  deyil, baha olduğundan satışda azalma var. Ancaq yenə də insanlar Yelda gecəsi üçün alış-veriş edirlər”.

Yelda və ya Çillə gecəsi kimi tanınan bu gecə üçün hazırlanan süfrələrdə qarpız, nar və onlarla quru meyvə olur. İranlı ailələr xoşbəxtlik və bolluq gətirdiyinə inandıqları bu gecədə bir araya gəlir, bir-birlərinə hədiyyələr verir, şeirlər deyirlər.

Seymur,

SİTAT.İNFO



Xəbər xətti