"Terrorçuların, cinayətkarların nazı ilə oynayırıq..." Sərdar Cəlaloğlu

20:51 19 Dekabr 2022

"Biz bəzən hadisələrə o qədər diplomatik don geyindiririk ki, o qədər ehtiyatlı davranırıq ki, bu kənardan qorxaqlıq kimi, çəkingənlik kimi görünür və öz əleyhimizə işləməyə başlayır. Mən nəyə görə, rusa da, amerikana da, digərlərinə demirəm ki, bura mənim suveren ərazimdir. O üçtərəfli bəyanatı nə Ermənistan, nə Rusiya yerinə yetirmir. Mən öz gücümlə öz ərazimdə separatçılığa və terrorrizmə qarşı mübarizə aparacağam və bu mənim hüququmdur".

Sitat.info xəbər verir ki, Bu sözləri Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Reaksita TV-nin efirində səsləndirib.

O  vurğulayıb ki, demilitarizasiyanı da özümüz etməliyik, çünki icazəmiz olmadan  ərazimizdə silahlı dəstələr ola bilməz: " Mənim ərazimdə Azərbaycan vətəndaşı olmayanların çıxarılması mənim hüququmdur və onları çıxaracağam. Burada qorxmalı, çəkinməli heç nə yoxdur. Amerika və ya Rusiya bizə nə deyəcək? Heç nə".

S.Cəlaloğlu qeyd etdi ki, biz presedent hüququndan istifadə etməliyik: "Biz presedent hüququndan heç vaxt istifadə etmirik. Dünyada müxtəlif bu cür separatçı hərəkatlar var. Hindistan Kəşmirin muxtariyyətini ləğv etdi, dünya susdu. İspaniya özünü müstəqil elan edən Kataloniyaya qoşun yeritdi, oradakı bütün rəhbərləri həbs etdirdi, Avropaya qaçanları belə tutdurdu. Dünya buna susdu. Kürdlər İraqda referendum keçirib özlərini muxtariyyət elan etdilər, dərhal İraq hökuməti onların muxtariyyətini ləğv etdi. Yüzlərlə belə fakt var. Ancaq Azərbaycana gələndə, yüzlərlə cinayət törədən insanları nazı ilə biz oynamağa başlayırıq. Qoşunu yerit və problemi həll elə. Üçtərəfli bəyanatda bizim qarşımızı alan bir bənd yoxdur".

Nərgiz,

Sitat.info

 



Xəbər xətti