Rusiya prezidenti Vladimir Putin Ukraynadakı müharibədə həlak olan əsgərlərin yaxınlarına və müharibədə uğur qazanan əsgərlərə Moskva, Krım və Sevastopol vilayətlərində pulsuz torpaq sahələrinin verilməsi ilə bağlı fərman imzalayıb.
Belə ki, Putin Ukraynada döyüşən rus əsgərlərinin əhval-ruhiyyəsini yüksək saxlamaq üçün bu qərarı imzalayıb.
Sitat.info xarici mediaya istinadən xəbər verir ki, fərmana əsasən, Putin Ukraynadakı müharibədə həlak olan rus əsgərlərinin və Ukraynadakı müharibədə uğur qazanmış rus əsgərlərinin ailələrinə Moskva vilayəti, Krım və Sevastopol bölgəsində torpaqların verilməsini tövsiyə edən fərman imzalayıb. “Xüsusi hərbi əməliyyatda iştirak etmiş və müstəsna xidmətlərinə görə dövlət mükafatı almış, münaqişələrdə həyatını itirmiş və veteran olmuş əsgərlərə Moskva vilayətində, Krımda və pulsuz torpaq sahələrinin verilməsi tövsiyə olunur". Qeyd edək ki, əsgərlər bu 3 şəhərdən birini özləri seçəcəklər.
Nərgiz,
Sitat.info