Avropa İttifaqına (Aİ) üzv olan ölkələr təbii qaza meqavat/saat üçün 180 avro tavan qiymət tətbiq etməyə razılaşıblar.
Sitat.info xəbər verir ki, Avropa İttifaqına üzv 27 ölkənin enerji nazirləri Avropada enerji böhranına qarşı alınacaq tədbirlər və idxal olunan təbii qaza tətbiq olunacaq tavan qiymətini müzakirə etmək üçün Brüsseldə bir araya gəlib.
İclasdan sonra verilən açıqlamada üzv ölkələrin həddindən artıq yüksək qaz qiymətlərinin məhdudlaşdırılması üçün müvəqqəti mexanizm üzərində razılaşdıqları bildirilib.
Açıqlamada, "Aİ ölkələrinin enerji nazirləri vətəndaşları və iqtisadiyyatı həddindən artıq yüksək qaz qiymətlərindən qorumaq üçün bazar korreksiyası mexanizmini təyin edən tənzimləmədə siyasi razılığa gəliblər", - deyə məlumatda vurğulanıb.
Açıqlamada tavan qiymətin Avropada dərinliyi ən çox olan Hollandiyada mərkəzli virtual təbii qaz ticarət nöqtəsi TTF-də satılan gələcək qaz kontratının 3 iş günü boyunca 180 avroyu keçdiyi və eyni vaxtda Avropada mayeləşdirilmiş təbii qazın (LNG) megavat/saat qiymətinin beynəlxalq bazarların 35 avronu keçməsi vəziyyətində qüvvəyə minəcəyi söylənildi.
Seymur Bənnayev
Sitat.info