Ermənistanda hərbi kəşfiyyatın keçmiş rəhbəri həbs edilib

00:45 20 Dekabr 2022

Ermənistanda Silahlı Qüvvələrin Kəşfiyyat İdarəsinin keçmiş rəisi və Baş Qərargah rəisinin müavini general-mayor Arayik Arutyunyan cəbhə xəttində vəzifəsinə etinasızlıq göstərməkdə ittiham edilərək həbs edilib.

Sitat.info xəbər verir ki, Ermənistanın rəsmi xəbər agentliyi “Armenpress”in məlumatına görə, həbsi Ermənistan Prokurorluğu rəsmiləri də təsdiqləyib.

General-mayor Arutyunyana dekabrın 13-də 2-ci korpusun komandanlığı zamanı 2021-ci ilin mayında Qeqarkunik rayonunun Kut və Verin Şorca kəndləri yaxınlığındakı bölgədə erməni və azərbaycanlı əsgərlər arasında baş vermiş toqquşma ilə bağlı “vəzifə səhlənkarlığı” maddəsi ilə ittiham irəli sürülüb.

Dekabrın 14-də həbs edilən Arutyunyan barəsində həbs qərarı çıxarılıb.

Məlumdur ki, Harutyunyan korpus komandiri olduqdan bir neçə ay sonra Baş Qərargah Kəşfiyyatı rəisi və Baş Qərargah rəisinin müavini vəzifəsinə təyin edilib və orada səhlənkarlıqda ittiham olunub.

Erməni mənbələrinin məlumatına görə, Arutyunyan bir müddət əvvəl mərkəzdəki vəzifəsindən uzaqlaşdırılıb.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti