Məhkəməyə çağrılan Robert Köçəryanın səhhəti pisləşib

15:03 20 Dekabr 2022

Sabiq Ermənistan prezidenti Robert Köçəryanın səhhəti pisləşib. Belə ki, məhkəmə iclasına gələ bilməyib.

Sitat.info erməni mediasına istinadən xəbər verir ki, bununla bağlı  Köçəryanın vəkili Hayk Alumyan hakim Anna Danibekyana tibbi arayış təqdim edib və görüşün qapalı formata keçirilməsini xahiş edib.

Xatırladaq ki, Ermənistanın eks-prezidenti Robert Köçəryan və Nikol Paşinyanın keçmiş müavini Armen Gevorqyan e  külli miqdarda rüşvət almaqda, Gevorkyan isə çirkli pulların yuyulmasında ittiham olunur.

Seymur,

Sitat.info



Xəbər xətti