Dominikan Respublikasının İmmiqrasiya İdarəsi tərəfindən yük maşınına kilidlənərək Haitinin Belladere şəhərinə göndərilən haitili mühacirlərin fotoları dünyanı dəhşətə salıb.
Sitat.info xarici mediaya istinadən xəbər verir ki, mühacirləri daşıyan yük maşınının qəfəsə oxşaması diqqət çəkib.
Belə ki, Haitidəki böhran bir çox insanın Cənubi Amerika ölkələrinə, Meksika və ABŞ-a qaçmasına səbəb oldu.
Haitidə silahlı qrupların qarşıdurması nəticəsində aprel ayından bəri 500-dən çox insan həyatını itirib, 3000-dən çox insan evlərini tərk etmək məcburiyyətində qalıb.
Səid İsaoğlu,
Sitat.info