Belarus prezidenti Aleksandr Lukaşenko açıqlama verib ki, Rusiya Belarusa göndərilən S-400 hava hücumundan müdafiə sistemləri və “İsgəndər” yüksək dəqiqlikli raket sistemlərini işə salıb.
Sitat.info xarici mediaya istinadən xəbər verir ki, Belarus prezidenti Aleksandr Lukaşenko və Rusiya prezidenti Vladimir Putin Belarusun paytaxtı Minskdə görüşəndən sonra keçirilən mətbuat konfransında danışıblar.
Zamex.az - Sizin sürətli və ucuz karqonuz....
Putinlə görüşün “konstruktiv” və “məhsuldar” olduğunu bildirən Lukaşenko bu sözləri deyib: "Ölkələrimizin təhlükəsizliyini təmin etmək, qoşunların hazırlanmasına üstünlük vermək və döyüş qabiliyyətini artırmaq üçün bütün lazımi tədbirləri davam etdirməyə razılaşdıq. Rusiya və Belarusun qurduğu regional birlik qrupu işlərini davam etdirir və iki ölkənin hərbi hissələrinin koordinasiyası üçün fəaliyyətlər təşkil edilir"
Bundan əlavə, Lukaşenko Belarus və Rusiyanın “xüsusi döyüş sursatı daşıyan” təyyarələrin ekipajlarına birgə təlim keçməyə başladığı barədə məlumat paylaşıb.
Rusiyanın daha əvvəl S-400 hava hücumundan müdafiə sistemləri və "İsgəndər" yüksək dəqiqlikli raket sistemlərini Belarusa göndərdiyini qeyd edən Lukaşenko, "Bu gün S-400 sistemlərini və ən əsası İsgəndər sistemini aktivləşdirdik" - deyə əlavə edib.
Bu Belarusun də tədricən Ukrayna müharibəsinə daxil olması anlamına gəlir.
Nərgiz,
Sitat.info