Böyük Britaniya Bankı üzərində kral III Çarlzın təsviri olan yeni banknotları təqdim edib.
Sitat.info xarici mediaya istinadən xəbər verir ki, bu banknotlar hələ 2024-cü ilin ortalarında dövriyyəyə buraxılacaq.
belə ki, 5, 10, 20 və 50 funt sterlinqlərin ön hissəsində sadəcə kralın təsviri yer alacaq. Yeni funt sterlinqin dizaynı əvvəlkindən başqa nə iləsə fərqlənmir.
Sentyabrın 8-i dünyasını dəyişən kraliça II Elizabetin təsviri olan pullar da dövriyyədə olacaq.
Kral Çarlz isə funt sterlinqin üzərində təsviri olan ikinci monarx olacaq.
Məğrur,
Sitat.info