Rusiya Dövlət Duması diversiyaya görə ömürlük həbs cəzası veriləcək.
Sitat.info TASS agentliyinə istinadən xəbər verir ki, bununa bağlı qanun layihəsi Dumanın bu gün keçirilən plenar iclasında qəbul edilib.
Dövlət Dumasının spikeri Vyaçeslav Volodin bu haqda danışarkən bildirib ki, hazırda müharibə getdiyi bir vaxtda xaricilərin ölkəyə girişi mümkündür və bu halda ölkəsinin təhlükəsizliyini ancaq sərt qanunlarla qoruya bilər: "Rusiya xüsusi hərbi əməliyyat keçirir. Eyni zamanda qaçqınları qəbul edir, sərhədlər xarici vətəndaşların ölkəyə giriş-çıxışı üçün açıq qalır. Bu qanun ölkəmizin təhlükəsizliyini təmin etmək üçün vacibdir. Dövlət Dumasının bütün fraksiyalarında ümumi rəy belədir”.
Nərgiz,
SİTAT.İNFO