Azərbaycan xalqı Laçın yoluna nəzarəti praktiki olaraq icra edir - Politoloq

17:37 20 Dekabr 2022

"Xankəndi yolunda keçirilən aksiyada iştirakçılar “humanitar yardım” adı altında qanunsuz daşımaların da qarşısını alır. Məlumatlara görə, yoxlanılmadan keçmək istəməyən beş yük avtomobili buraxılmayıb. 

Bu məsələ iki məqamı ön plana çıxarır. Birincisi, Qarabağa hələ də qanunsuz yüklərin daşınmasına cəhdlər edilir. Görünür, iştirakçıların “humanitar yardım”lara şərait yaratmasından sui-istifadə etmək istəyiblər və istisna deyil ki, yoxlamaya imkan verilməyən yük maşınlarında silah-sursat olub".

Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Asif Nərimanlı deyib. 

O həmçinin vurğulayıb ki, qanunsuz daşımaların qarşısını almağa hesablanmış bu yoxlamalarla Azərbaycan xalqı Laçın yoluna nəzarəti praktiki olaraq icra edir: "Proseslərin inkişafı yolda rəsmi şəkildə gömrük-buraxılış məntəqəsinin qurulması ilə nəticələnə bilər". 

Məğrur,

Sitat.info



Xəbər xətti