"Naxçıvan Muxtar Respublikasının statusu ilə bağlı məsələnin müzakirəsində bəziləri tez-tez müxtəlif beynəlxalq sənədlərinə, Qars müqaviləsinə, Moskva sənədinə istinad edirlər, tamamilə məntiqsiz yanaşma, hüquqi əsası yoxdur və bu Azərbaycan Respublikasının Konstitusiyasında aydın şəkildə yazılıb.
Azərabaycan Respublikası Konstitusiyasının 134-ci maddəsinin 2-ci bəndində açıq-aydın yazılıb ki, Naxçıvan Muxtar Respublikasının statusu bu Konstitusiya ilə müəyyən edilir. Ana Yasanın referendumla dəyişdirilməsi baş verəcəksə, yeni redaksiyada da Naxçıvanın statusu müəyyən edilə bilər və buna heç bir beynəlxalq sənədlər mane ola bilməz".
Sitat.info xəbər verir ki, bu özləri iqtisadçı ekspert Natiq Cəfərli deyib.
Zamex.az - Sizin sürətli və ucuz karqonuz....
O vurğulayıb ki, ölkənin gələcək inkişafı, idarəetmənin təkmilləşdirilməsi və iqtisadi-sosial problemlərin, hətta Xankəndi məsələsinin həlli üçün məmləkətdə yeni Konstitusiyası qəbul edilməlidir: "Bu dəyişikliklərlə unitar dövlət olan Azərbaycanda Qarabağ, Şərgi Zəngəzur və Naxçıvan da daxil olmaqla 14 inzibati ərazi vahidi yaradılmalı. İndiki 14 iqtisadi rayonlara uyğun şəkildə , yerli özünüidarə gücləndirilməli və Mer institutları təsis edilməlidir. Hakimiyyətin qolları arasında səlahiyyət və məsuliyyət bölgüsü klassik idarəetmə fəlsəfəsinə görə müəyyənləşdirilməlidir – gecikmədən bu addımların atılması vacibdir".
Məğrur,
Sitat.info