Rusiyanın keçmiş baş naziri, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev gözlənilmədən Çinə səfər edib.
Sitat.info xarici mediaya istinadən xəbər verir ki, Medvedev paytaxt Pekində Çin prezidenti Si Cinpin ilə görüşüb.
Zamex.az - Sizin sürətli və ucuz karqonuz....
Çinə səfərini sosial media hesabından açıqlayan Medvedev, Si ilə Rusiya və Çin arasındakı "məhdud" strateji ortaqlığı müzakirə etdiklərini qeyd edib.
"Çin və Rusiyaarasındakı əməkdaşlığı müzakirə etdik. İkitərəfli əməkdaşlıq çərçivəsində iqtisadiyyat və sənaye istehsalı da daxil olmaqla strateji tərəfdaşlığımız var. O cümlədən beynəlxalq məsələləri, o Ukrayna münaqişəsini də müzakirə etdik”.
Çin mediası yazır ki, Si iki ölkə arasındakı təmasları siyasi etimadın yaradılması üçün unikal platforma adlandırıb. qiymətləndirib. Si bütün tərəfləri Ukraynadakı vəziyyətin sülh yolu ilə həllini tapmağa çağırıb və münaqişənin diplomatik yollarla bitəcəyinə ümid etdiyini bildirib.
Nərgiz,
Sitat.info