Rusiya-Ukrayna müharibəsi başlayandan bəri ilk xaricə səfər edən Ukrayna prezidenti Zelenskinin təyyarəsi ABŞ-da eniş edib.
Sitat.info xarici mediaya istinadən xəbər verir ki, Zelenski danışıqlar aparmaq üçün ABŞ-ın paytaxtı Vaşinqtona gəlib.
Ölkəsindəki müharibənin 300-cü günündə ilk xaricə səfərini ABŞ-a edən Zelenskinin təyyarəsi Vaşinqton vaxtı ilə saat 12:30 radələrində paytaxt yaxınlığındakı aviabazaya eniş edib.
Zelenski Ağ Evdə ABŞ prezidenti Co Baydenlə ikitərəfli görüş keçirəcək. İki lider görüşdən sonra birgə mətbuat konfransı keçirəcək. Daha sonra Zelenski Konqresin birgə iclasında konqres üzvlərinə müraciət edəcək.
Amerikanın CBS kanalı Zelenskinin ABŞ səfərindən sonra İngiltərə, Fransa və Almaniyaya gedə biləcəyini iddia edib.
Nərgiz,
SİTAT.İNFO