İranda silahlı soyğunçuluq və zorlama ittihamı ilə ölüm cəzasına məhkum edilmiş 3 nəfər edam edilib.
Sitat.info xarici mediaya istinadən xəbər verir ki, İran Ədliyyəsi səhər saatlarında Fars əyalətinin inzibati mərkəzi Şiraz şəhərindəki Adilabad həbsxanasında şəxsiyyətləri açıqlanmayan 3 məhbusun asıldığını bildirib.
Sözügedən məhbusların 2021-ci ilin oktyabrında Şirazda bir çox qadına qarşı təcavüz və zorlama, silahlı qəsb cinayətlərinə görə həbs olunaraq, iyul ayında mühakimə olunduğu, məhkəmə tərəfindən edam cəzasına məhkum edildiyi bildirilib.
Qeyd olunub ki, edam, qərar Ali Məhkəmə tərəfindən təsdiq edildikdən sonra həyata keçirilib.
Məğrur,
Sitat.info