"Xankəndidə yardıma ehtiyacı olanlar öncə Asan Xidmətdən şəxsiyyət vəsiqəsi alsınlar" - hərbi ekspert

17:07 22 Dekabr 2022

"30 ildi Azərbaycan vətəndaşlarının Naxçıvanla əlaqsini kəsən ermənilərin fəaliyyətini görməyən Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Laçında baş verənləri baş ayaq da olsa görüb və aralıq qərarını dərc edib".

Bu sözləri Sitat.info-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

Onun  sözlərinə görə, qərarda belə yazılıb:

“Azərbaycanı aşağıdakıları təmin etmək üçün bütün lazımi tədbirləri görməyə borcludur:

1. Ermənistanda tibbi yardıma ehtiyacı olan ağır xəstələrin Laçın yolu ilə hərəkəti ( Azərbaycan bu bəndi onsuz da yerinə yetirirdi);

2. Evsiz qalan və ya dolanışıq ehtiyacı olan vətəndaşların yolda təhlükəsiz hərəkətinə şərait".  - Dolanışıq ehtiyacı olan və evsiz ermənilər adlarını siyahıya yazdırmaq üçün Azərbaycan DİN-dən və ya ASAN Xidmətdən şəxsiyyət vəsiqəsi alsınlar, sonra isə ƏƏSMN-ə müraciət etsinlər. Təxminən iki il sonra, Veteran siyahılarından bir az daha tez ermənilərin siyahıları Nazirlər Kabineti tərəfindən təsdiqlənəndən sonra "Xankəndi Azərbaycandır" alt sistemə yerləşdirilsin. Bundan sonra Laçın yolu ilə hərəkət mümkün olsun".

Ə.Verdiyev onu da vurğuladı ki, turizm, ticarət və s. məqsədli İrəvandan Xankəndinə səfərlər yalnız Zəngəzurdan keçməklə Naxçıvanla Bakını əlaqəsi təmin ediləndən sonra müzakirə olunmalıdır: "Təkliflərim heç bir halda AİHM qərarını pozmur. Universal platforma kimi hamı üçün qəbuledilən ola bilər. Kim qəbul etməzsə, öz işidir".

Nərgiz,

Sitat.info



Xəbər xətti