Azərbaycan Şuşada, Xankəndi yolunun üzərində keçirilən aksiyadan istifadə etməklə Ermənistana gedən yükləri nəzarətdə saxlamağa çalışır. Bu isə Qarabağdakı mövcud rejimi narahat edir, qəzəbləndirir. Digər tərəfdən rəsmi Bakı həm də ermənilərlə, Qarabağdakı Azərbaycan vətəndaşı olan ermənilərə mesaj verməyə çalışır ki, əgər qanunlarımızı qəbul edib dinc yaşamağa söz versələr, onların 2025-ci ildə sülhməramlılar getdikdən sonra Azərbaycanın nəzarəti altında yaşaması mümkündür. Hətta bu günlərdə azərbaycanlı gənclər də birgə yaşamaqla bağlı şüarlar səsləndirdilər ki, bu da cəmiyyətdə birmənalı qarşılanmadı. Bəs bu mövzuda necə irəliləyiş əldə etmək mümkündür:
Mövzu ilə bağlı Sitat.info-ya danışan Ağ Partiya sədri Tural Abbaslı bildirdi ki, erməniləri ərazilərimizdən zorla köçürə bilmərik: "Çünki ermənilər xarici diplomatiya və diaspor fəaliyyəti ilə bağlı rəy yaratmaq üzrə bizdən daha güclüdürlər. Digər tərəfdən ermənilərlə bir arada yaşamaq fikri bizim cəmiyyətimiz tərəfindən birmənalı qarşılanmır. Hökumət əvvəlcədən bəyan edib ki, biz Qarabağdakı ermənilərin orada yaşamını təmin etməyə hazırıq, təhlükəsizliyinə qarantiya veririk və bunu da hər platformada bildirirlər. O da doğrudur ki, cəmiyyətimizdə ermənilərə qarşı mövqe birmənalı deyil, yəni bizim cəmiyyət ermənilərlə bir arada yaşamaq istəmir. Məsələ burasındadır ki, ermənilərin də böyük əksəriyyəti azərbaycanlılarla birgə yaşamaqdan qorxurlar və istəmirlər".
Zamex.az - Sizin sürətli və ucuz karqonuz....
Tural Abbaslının fikrincə, açıq şəkildə bəyan olunmayan bəzi addımlar var ki, onlar atılarsa həm erməniləri, həm də azərbaycanlıları razı salmaq mümkündür.
O qeyd etdi ki, bu prosesdə əvvəlcə rusların regiondan çıxarılmasını təmin etmək lazlmdır: "Birinci mərhələdə rusların regiondan çıxarılmasını təmin etmək lazımdır. Nə qədər ki regionda rus sülhməramlıları var, nə bizə, nə də ermənilərə sülh yaratmağa imkan verməyəcəklər. Çünki sülh qurulandan sonra onlara ehtiyac qalmayacaq və regionu tərk etməli olacaqlar".
Sevinc Cavadzadə,
Sitat.info