Ermənistan şərtlər irəli sürdükcə Laçın dəhlizi bağlı qalacaq - Siyasi şərhçi

17:55 23 Dekabr 2022

"Ermənistanın Təhlükəsizlik şurasının katibi Armen Qriqoryan Laçın dəhlizinin açılması istiqamətində işlər apardıqlarını qeyd edib. Ümumiyyətlə, Ermənistan Azərbaycan qarşısına şərtlərlə çıxış edir, məğlubiyyətini qəbul etmir".

Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, məhz sülh müqaviləsinin bağlanması istiqamətində aparılan danışıqlarda verilən təkliflərdə də bu görünür: "Azərbaycan müharibədən sonra yalnız güc vasitəsilə Ermənistanı güzəştə məcbur edib. Laçın dəhlizində baş verənlərlə bağlı Ermənistan Azərbaycanın heç bir şərtini qəbul etmir və özləri şərt irəli sürərək yolun açılmasını tələb edirlər. Ermənistan şərtlər irəli sürdüyü üçün Laçın dəhlizi humanitar keçid istisna olmaqla bağlı olaraq qalacaq".

M.Əsədullazadə onu da deyib ki, Laçın dəhlizinin qanunsuz keçidlərə görə bağlı qalması Rusiyanı müəyyən addımlar atmağa sövq edib: "İlk növbədə R. Vardanyanı V. Putin Rusiya vətəndaşlığından azad etdi. Bununla R. Vardanyanın guya Rusiya ilə əlaqəsinin olmadığını göstərir. Rusiya məhz Türkiyə faktoruna görə Azərbaycana bu məsələdə təzyiq edə bilmir".

Sevinc,

Sitat.info



Xəbər xətti