İngiltərədə "Strep A" bakteriyasının yaratdığı infeksiyaya görə 21-i uşaq olmaqla 94 nəfər ölüb.
Sitat.info xəbər verir ki, İngiltərədə Strep A bakteriyasından ölənlərin sayı artır. İngiltərə Sağlamlıq Təhlükəsizliyi Agentliyinin (UKHSA) verdiyi açıqlamada, Strep A bakteriyasının yaratdığı infeksiya səbəbiylə indiyədək 94 nəfərin öldüyü bildirilib.
Ölənlərdən 21-nin yaşı 18-dən az olan uşaqlar olduğu bildirilib. 2017-2018-ci illər ərzində Strep A-dan 27-si 18 yaşdan kiçik olmaqla 355 nəfərin dünyasını dəyişdiyi xatırladılıb.
UKHSA keçən həftə verdiyi açıqlamada, yeni bir növün dövrəyə girdiyinə dair heç bir dəlil olmadığını və hadisələrin artmasının çox güman ki, yüksək dövran edən bakteriyalar və artan sosial qarşılıqlı əlaqə səbəbindən olduğunu söylədi.
Soyuqdəymə və boğaz şişməsi ilə özünü göstərən Strep A bakteriyası bədənin müxtəlif yerlərində qızartı və dəri infeksiyasına, ciddi fəsadlarda isə ölümə səbəb ola bilər.
Seymur Bənnayev
Sitat.info