Separatçılar müharibə yolunu tutub: Üçüncü Qarabağ savaşı realdırmı?

13:31 26 Dekabr 2022

"Qarabağda separatçı qurumun yeni rəhbəri, Rusiyanın layihəsi olan Ruben Vardanyan ötən gün Xankəndidə keçirilən mitinqdəki çıxışında sonədək vuruşacağını bildirib.  Videolardan görsənir ki , hansısa yollarla mitinqə xeyli iştirakçı da toplaya biliblər. Varrdanyanın Azərbaycana qarşı müharibə elan etmək səviyyəsində olan çıxışında daha da irəli gedərək Azərbaycana hər hansı inteqrasiya və tabeçilik olmayacağını vurğulayıb. Maraqlıdır ki, hətta Putin son zamanlar belə ultimativ çıxışlar sərgiləmək halında deyil. Görünür ki, "Vardanyan layihəsi" təkcə Rusiya ilə bağlı deyil. Daha böyük güclər də bu prosesə qoşulublar".

Bu sözləri Sitat.info-ya açıqlamasında ekspert Osman Gündüz deyib. 

O vurğulayıb ki, bir neçə gün öncə prezident İlham Əliyev BMT səviyyəsində Azərbaycana qarşı təxribatlar ola biləcəyini qeyd etmişdi: "Sonuncu müharibədən məğlub çıxan tərəf açıq-aşkar revanş xətti tutub. Keçmiş rus milyarderi Vardanyan getdikcə daxili və xarici mövqelərini gücləndirir.  Ermənistan da üçtərəfli müqavilə öhdəliklərinə əməl etmir, tam gücü ilə müharibəyə hazırlıq xətti götürüb. Beləliklə, görünən odur ki, Ermənistan və separatçılar hələlik bizim üçün müharibədən başqa seçim yolu qoymaq fikrində deyillər".

Seymur Bənnayev,

Sitat.info



Xəbər xətti