"Ortalıqda ermənilərin iddiay etdiyi humanitar fəlakət deyilən bir vəziyyət yoxdur. Ötən gün beynəlxalq Qırmızı Xaç cəmiyyətinin maşınları ilə 10 ton yük daşındı. Xəstələri də aparıb gətirirlər. Burada bir problem yoxdur. Ancaq əhalimizi də düşündürən budur ki, birdən-birə bizə təzyiq ola bilərmi? Bu dəqiqə hamını düşündürən budur ki, aksiya bu gün, ya sabah dayanacaqmı?".
Sitat.info xəbər verir ki, bu sözləri təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl TV Müsavatın efirində deyib.
O vurğulayıb ki, aksiyanın dayandırılacağına inanmır: " Çünki 24 saat ərzində qazın olmamasını və sonradan bərpa edilməsini qələbə kimi qeyd edən Vardanyan və bütün separatçı rejim, şərtlərimiz qəbul olunmadan aksiyanın dayanmasını necə təqdim edəcək...Biz müvəqqəti olsa belə geri çəkilsək, bu separatçı rejim və Ermənistan elan edəcək ki, beynəlxalq aləm təzyiq etdi, bu bizim qələbəmizdir. İştahları biraz da artacaq və ayaqlanıb üstümüzə gələcəklər. Onların ümidi məhv olub getmişdi, indi Vardanyan yenə bir şəkildə ümid yaratmağa çalışır".
İ.İsmayıl qeyd edib ki, bizim şərtimiz yox, şərtlərimiz var: " İlkin mərhələdə biz dövlət orqanlarımıın monitorinq keçirməsini təmin etməyə çalışmalıyıq. Ancaq bu baş tutsa belə, biz gedib oradakı ekoloji fəlakəti görüb, gəlib bunu beynəlxalq aləmə car çəkib yenidən qayııb otura bilmərik. Onlar yenə də sərvətlərimizi daşımağa davam edəcəklər. Bizim əsas hədəfimiz Laçın-Gorus yolundakı Azərbaycan -Ermənistan dövlət sərhəddində, sərhəd nəzarət -buraxılış məntəqəsini yaradıb Rusiya sülhməramlıları ilə birgə idarəolunmasını təmin etmək olmalıdır. Bizim məqsədimiz gələn və gedən yüklərə birbaşa nəzarəti təmin etmək olmalıdır. Bunu skaner vasitəsilə etmək mümkün deyil. Biz skanerlə bərabər əməkdaşlarımızı da oraya yerləşdirməliyik. Sərhəd nəzarət -buraxılış məntəqəsini yaratmaq hazırda görünən ən real addımdır".
Məğrur,
Sitat.info