Ermənistan zəhərli tullantıları ARAZ çayına axıdır- Siyasi şərhçi həyəcan təbili çaldı

17:16 26 Dekabr 2022

"Bu gün Qarabağdakı separatçı ermənilərin ekoloji fəlakət törətməsi gündəmimizin əsas mövzusudur. Xankəndi yolunda aparılan haqq mübarizəsi tariximizin möhtəşəm səhifələrindən biridir və hər kəs bu, mücadilədə dəstəyini verməlidir. Ermənilər dünya miqyasında saxtakarlıqlarını davam etdirir, bəzi mərkəzləri “ofsunlayırlar”. Odur ki, ÖN CƏBHƏYƏ dəstəyimiz davamlı olmalıdır, özü də bütün müstəvilərdə!".

Bu sözlər Sitat.info-ya açıqlamasında siyasi şərhçi Elşad Paşasoy deyib. 

Onun fikrincə, gecikmədən bu məsələdə dost-qardaş dövlətlərin dəstəyindən istifadə etməliyik ki, dünyada erməni yalanları rahatca ayaq tutub yeriməsin: "Türkiyə ilə birgə hərəkət etməkdə fayda var. Bu foto və videokadrları İğdır tərəflərdən çəkmişəm, qarşıda İrəvan, Vedibasar mahalı… Gördüyünüz kimi, Ermənistan bu ərazilərdə ekologiyanı zəhərləyən karxanalar, sement zavodu və s. işlədir. Zəhərli tullantıları isə Cənubi Qafqazın ikinci böyük çayı olan ARAZ çayına axıdır. Türkiyə və Azərbaycan ekoloqları Ermənistandan bu cinayətlərə son qoyulmasını tələb etməlidir. Bu, həm də bizim Qaranağdakı yataqlarımızın qanunsuz istismarı ilə bağlı arqumentlərimizin də beynəlxalq miqyasda eşidilməsinə, nəzərə alınmasına təkan verə bilər".

E.Paşasoy əlavə etdi ki, eyni zamanda bölgə üçün böyük təhdid olan Metsamor AES-lə bağlı faktlar da beynəlxalq müstəviyə çıxarılmalıdır: "O cümlədən, Ermənistanda CRONİMET alman şirkəti tərəfindən istismar olunan mədənlərin çirkli, ölümsaçan tullantılarının Oxçuçaya, ordan da Araza və son nəticədə Xəzər dənizinə axıdılması ilə bağlı Beynəlxalq Konfrans keçirilməli, məsələ Beynəlxalq Məhkəməyədək aparılmalı, Ermənistanın  səssiz müharibəsinin qarşısı alınmalıdır. Xəzər dənizi ilə bağlı arzusu gözündə qalan erməni daşnaklar və dünya erməniçiliyi çaylarımıza zəhər axıtmaqla, Xəzərin də canlı aləmini məhv edirlər, savaşı bu şəkildə davam etdirirlər". 

Seymur Bənnayev,

Sitat.info




Xəbər xətti