“Toyota Prius”lar sığorta şirkətlərini müflis edir- Ekspertdən ŞOK AÇIQLAMA

17:51 30 Dekabr 2022

"Toyota Prius" qəzaları artıq Bakının simvoluna çevrilib. Tez-tez bir neçə Priusun toqquşduğunun şahidi oluruq. məlumdur ki, hər bir qəza həm də sığorta hadisəsidir. 

Sığorta ekspertləri bildirir ki, artıq "Prius"lar sığorta şirkətlərini müflis edib. Hadisələrin sayının həddindən artıq çox olması bu sahənin gəlirliylini azaldır. 

Şirkətlər “Toyota Prius”ların kasko sığortasından imtina etsələr də, icbari sığortadan heç bir şirkətin qanunvericiliyə uyğun olaraq boyun qaçırması mümkün deyil. Ancaq bu şəkildə davam edərsə, sığorta şirkətlərinin taleyi də sual altına düşə bilər. 

Mövzu ilə bağlı sığorta eksperti İlkin Nəcəfov Sitat.info-ya danışıb. Həmin videonu təqdim edirik. 

 



Xəbər xətti