"Qarabağa qaz çəkilən kimi, Ermənistandan gələn qanunsuz xətlər kəsiləcək" - Politoloq

17:19 5 Yanvar 2023

"Bizim Xankəndi yolu üzərində aksiyalara başlayanda əsas hədəfimiz mis və qızıl yataqlarının monitorinqinə imkan yaradılması idi. Hətta o imkanı əldə etməsək belə, əsas hədəfimizə çatdıq. Biz artıq Laçın yolundayıq və bizi oradan heç kim çıxara bilməz. Sivil etirazlar dayansa belə, hərbçilərimiz oradadır, hazır postlar da var. Rus hərbçiləri onsuz da üzərlərinə düşəni etmirlər. Biz isə üzərimizə düşəni edəcəyik və daxil olan, çıxan nəqliyyat vasitələrini yoxlayacağıq".

Bu sözləri Sitat.info-ya açıqlamasında pollitoloq Elxan Şahinoğlu deyib.

O vurğulayıb ki, bu da separatçıların fəaliyyət imkanlarını məhdudlaşdıracaq: "Demirəm ki, keçirə bilməyəcəklər. Bu günlərdə narahatlıq doğuran bir xəıbər də yayılıb ki, sən demə başqa bir yol da var. Bu dağ yoludur, ora nəqliyyat üçün əlverişli deyil, amma silah -sursat daşımaq mümkündür. Bizim kəşfiyyat imkanlarımız, kosmik nəzarət imkanlarımız genişdir. Belə bir fakt doğru çıxarsa, bizim qarşımızdakı hədəf yola raket zərbəsi endirərək, həmin yolu yararsız hala salmaq olmalıdır". 

Politoloqun sözlərinə görə, Ermənistandan Qarabağa verilən qaz xətti də bağlanmalıdır: "Bir məsələ odur ki, işğal dövründə Ermənistandan Qarabağa kommunal xətlər çəkilib. Qaz xətləri, elektrik xətləri və internet xətləri. Laçın yoluna nəzarət bizim əlimizə keçdikdən sonra  bu kommunal xətlər də bizim əlimizdədir. Humanitar səbəblərdən qaz xəttini kəsmirik. Ancaq Bakıdan Qarabağa çəkilən mərkəzləşmiş qaz xətti Xankəndiyə qədər uzadılmalı və Ermənistandan Xankəndiyə çəkilən qaz xətti məhdudlaşdırılmalıdır. Ermənistanın özünün qazı yoxdur, o Rusiyadan aldığı qazı Qarabağa yönəldir. Bu da Rusiyanın Azərbaycana qarşı daga bir qərəzli addımıdır. Çünki Rusiya bilməlidir ki, Ermənistan nə qədər qaz istifadə edir". 

Məğrur,

SİTAT.İNFP



Xəbər xətti