"Vaxt gələcək ki, Putinin adını dilinə gətirən insana cinayət işi açacaqlar" - Üzeyir Cəfərov

18:32 6 Yanvar 2023

"Vaxt gələcək ki, Putinin adını dilinə gətirən insana cinayət işi açacaqlar". 

Sitat.info xəbər verir ki, bu sözləri hərbi ekspert Üzeyir Cəfərov Press-Klubun efirində deyib. 
O vurğulayıb ki, Putin Rusiya kimi bir dövləti diz çökdürüb: "2023-cü il Rusiya üçün fəlakət ili olacaq. Hazırda ona doğru gedir. Biz Putinə "təşəkkür" etməliyik ki, Rusiyanı bu qədər heç kim çökdürə bilməmişdi".

Ü.Cəfərov onu da diqqətə çatdırdı ki, amma reallıqda ən böyük təşəkkür Ukrayna xalqına düşür: " Putinin bu qərarı sanki ilahi bir lütfdür. Bəzən bizə deyirlər siz nə qədər qansız insansınız ki, bu qədər ölümləri, itkiləri gözə alaraq o sözü deyirsiniz. Ancaq Putinin qabağına kimsə çıxmalı idi. Bunu da Ukrayna xalqı etdi". 

Hərbi ekspert qeyd edib ki, Rusiyada artıq həqiqəti etiraf edənlər, reallığı danışanlar var.

Nərgiz,

SİTAT.TV

 



Xəbər xətti