Vardanyanın son çıxışı diqqətçəkən oldu. O bildirdi ki, biz hamımız bir qayıqdayıq, 90 faizimiz deyilən qaydalara əməl edirik, amma 10 faizimiz yox. Deməli Xankəndidə 10 faiz əhali Vardanyanla razı deyil. Vardanyanla razı olmayan təkcə Yeni il şənliyi üçün çıxıb gedən və geri qayıtmayanlar deyil. Narazı olanlar 10 faizdən çoxdur.Yerli erməni əhali bu iki ildə yaşadığı vəziyyəti dəyərləndirir. Deyə bilmərik ki, onlar hamısı Azərbaycanın tərkibində yaşamaq istəyirlər, amma bunu istəyənlər də var".
Sitat.info xəbər verir ki, bu sözləri Reaksiya TV-nin efirində təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl səsləndirib.
O bildirib ki, bu gün Azərbaycan əsgərlərinə çörək və siqaret üçün yalvaran erməniyə humanist davranmaqla Azərbaycanın niyyətini də onlara çatdırmış olduq: "Bu işimizi davam etdirməliyik. Yerli əhali ilə, Qarabağ erməniləri ilə iş aparmalıyıq. Onlara təkcə sözlə vədlər verməli deyilik, yerli erməniləri cəlb etmək üçün müəyyən humanitar proqramları qarşı tərəfə yönəltməliyik. İstər sosial proqramları, istərsə də digər dövlət proqramları ilə Azərbaycan vətəndaşı ola biləcək ermənilərə müraciətlərimiz artmalıdır. Onlara deməliyik ki, siz daha yaxşı yaşayacaqsınız, bu proqramlar sizi əhatə edəcək, bütün hüquqlarınız qorunacaq, təhlükəsizliyiniz , diliniz qorunacaq. Xüsusilə sosial proqramlara üstünlük verilməlidir. Çünki hazırda bu məsələlər onları daa çox maraqlandırır".
İ.İsmayıl vurğuladı ki, artıq bəzi məsələləri detallı şəkildə çatdırmaq lazımdır. Qarşı tərəf bilsin ki, Vardanyanın, Artunyanın hakimiyyətindən, Paşinyanın verdiyi pullardan fərqli olarq daha yaxşı yaşayacaqlar. Hüquq və təhlükəsizlikləri qorunacaq, bununla bağlı öhdəlik götürəcəklər. Ölkədən getmək istədikdə belə əmlakınızın dəyəri sizə ödəniləcək. Bu kimi proqramları artıq yerli ermənilərə təqdim etmək lazımdır. Bir erməninin normal şəkildə qarşılanıb yola salınması, onun öpücük göndərməsi, ərzaq çantası ilə getməsi - yaxşı bir nümunədir. Bunu genişləndirmək lazımdır. Bu cinayətkarlara aid deyil. Əli azərbaycanlıların qanına batanlara, terrorçulara aid deyil".
Nərgiz,
Sitat.info