Qarabağdakı ermənilər başa düşməlidirlər ki, başqa çıxış yolları yoxdur - Partiya sədri

18:30 11 Yanvar 2023

"Bu aksiya düşünülmüş və doğru addımdır. Biz də ekofəalları, o gəncləri dəstəkləyirik. Dünyaya da göstərdik ki, çox gözəl sivil yolla öz hüquqlarımız uğrunda mübarizəmizi apara bilirik. Bu mənada dünyanı çıxılmaz vəziyyətdə qoymuşuq, ermənilər də çıxılmaz vəziyyətdə qalıblar".

Bu sözləri Sitat.info-ya açıqlamasında BAP sədri Elşad Musayev deyib.

O təklif edib ki, həmin ərazidə  postlar qoyulsun: "Mən birbaşa postların qoyulmasını istərdim. Amma görünür başqa informasiyalar da var. O gənclərin orada dayanması erməniləri çətin vəziyyətdə qoyub. Ermənilər səs-küy salıblar ki, burada ərzağımız yoxdur. O zaman Ruben Vardanyanı sıxışdırmalıdırlar. Mən çox istərdim ki, orada bizim postlarımız da qoyulsun".

Partiya sədrinin fikrincə, errmənilər bilməlidirlər ki, oradan özbaşına hərəkət edə bilməyəcəklər, başqa çıxış yolları yoxdur: "Bizim üçün də oradan geri çəkilmək yolverilməzdir. Aksiyanı dayandırmaq, Laçın yolundan çıxmaq olmaz. Prezident özü də vurğuladı ki, Laçında bu ilin sonuna qədər xeyli məskunlaşma olacaq. Biz o yoldan  top, tank , diversant, silah-sursat gəlib keçməsinə icazə verə bilmərik. Biz orada oturuşmalıyıq, hüquq -mühafizə orqanlarımız da nəzarət etməlidir. Ekoaktivistlərimizin mübarizə üsulları uğur qazandı. Təbliğatı, informasiya savaşını da gücləndirməliyik, bu sahədə biz zəifik". 

Məğrur,

Sitat.info



Xəbər xətti