Paşinyan və Vardanyan arasında gərginlik: Qarabağ ermənilərinin bir yolu qalır...

23:43 12 Yanvar 2023

"Paşinyan separatçılara deyib ki, Laçın yolu məsələsində onlara “hüquqi və maliyyə” yardımından başqa heç nə edə bilməzlər. Vardanyanın bu barədə açıqlaması separatçıların düşdüyü vəziyyətin də etirafıdır: Rusiya sülhməramlıları proseslərə müdaxilə edə bilmir; Ermənistan yaxasını kənara çəkir".

Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Asif Nərimanlı deyib. 

O bildirib ki, Ruben bu açıqlaması ilə Ermənistan hakimiyyətini hədəfə alır: "O, həm də ermənilərin qondarma rejim ətrafında sıx birləşməsinə nail olmaq istəyir. Hərçənd, bu açıqlamadan erməni əhalisinin çıxara biləcəyi bir nəticə də var: onların Bakıdan başqa üz tuta biləcəkləri yer qalmır". 

Məğrur, 

Sitat.info

 



Xəbər xətti