Təl-Əvivə qoşun yeridiləcək

08:05 10 Aprel 2023

İsrail Müdafiə Nazirliyi son vaxtlar artan gərginlik və hücumlar səbəbindən təhlükəsizliyi təmin etmək üçün Təl-Əvivə hərbi birləşmələr göndərir.

Sitat.info xəbər verir ki, Müdafiə Nazirliyindən verilən açıqlamaya görə, müdafiə naziri Yoav Gallant təhlükəsizlik rəsmiləri ilə vəziyyəti dəyərləndirib.

Görüşdən sonra Gallant müdafiə agentliyinə İsrail polisinə əsgərlərlə dəstək verməyi tapşırıb.

Digər tərəfdən İsrail mətbuatı son dövrdə israillilərə qarşı artan hücumlardan sonra ordu birliklərinin Tel-Əvivə yerləşdiriləcəyini açıqlayıb.

Gallant dünən qərar vermişdi ki, İordan çayının qərb sahilindəki bəzi küçə və keçid məntəqələri ilə Qəzzada sərhəd qapılarını bağlı saxlamaq praktikası təhlükəsizlik səbəbiylə Pasxa bayramının sonuna (12 aprel) qədər uzadılacaq.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti