Fələstin: İsrailin təxribatları Əl-Əqsa məscidini döyüş meydanına çevirəcək

08:10 10 Aprel 2023

Fələstin rəhbərliyi İsrailin təxribatları ilə işğal altındakı Şərqi Qüdsdəki “Məscidül-Əqsa”nı “müharibə zonasına” çevirəcəyini bəyan edib.

Sitat.info xəbər verir ki, Fələstin Prezidentinin sözçüsü Nabil Əbu Rudeyne Fələstinin rəsmi agentliyi WAFA-da dərc olunan açıqlamada İsrailin Məscidül-Əqsaya qarşı pozuntuları ilə bağlı xəbərdarlıq edib.

Əbu Rudeynə: "İsrailin Məscidül-Əqsaya qarşı təxribatı qəbuledilməzdir. Bu, məscidin həyətini döyüş meydanına çevirəcək və bu, vəziyyəti ciddi şəkildə pisləşdirəcək", - deyə bildirib.

İsrailin Ramazan ayında hər gün müqəddəs yerlərə və ibadət edənlərə hücumlar təşkil etdiyini deyən Əbu Rudeyne, sözügedən hərəkətlərin "bölgəni uçuruma sürüklədiyini" vurğulayıb.

Qeyd edək ki, İsrail polisinin iki gün ardıcıl olaraq Məscidül-Əqsada müsəlmanlara qarşı səs bombaları, rezin üzlüklü güllələr və dəyənəklərdən istifadə edərək qeyri-mütənasib güc tətbiq etməsi işğal altındakı Şərqi Qüdsdə gərginliyi artırıb və hadisələrə səbəb olub.

Aprelin 4-də İsrailin Məscidül-Əqsaya basqını ilə bölgədə başlayan gərginlik, 7 aprel cümə gecəsinin ilk saatlarında İsrailin Qəzza və Livana hücumları ilə daha da artıb. Buna cavab olaraq Qəzzadan İsrail istiqamətində raketlər atılıb.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti