Livan İsrailin hücumlarını BMT Təhlükəsizlik Şurasına çatdıracaq

08:25 10 Aprel 2023

İsrailin ölkənin cənubuna hücumlarından sonra Livanın Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına (BMT TŞ) şikayət edəcəyi bildirilib.

Sitat.info xəbər verir ki, bu barədə Livan Xarici İşlər Nazirliyindən yazılı açıqlama verilib.

Bəyanatda bildirilib ki, nazir Abdullah Buhabib Livanın BMT-dəki Nümayəndəliyinə “İsrailin ölkənin cənub bölgələrinə qəsdən hücumlarından sonra BMT TŞ-yə rəsmi şikayət etmək” göstərişi verib.

Bəyanatda həmçinin vurğulanıb ki, İsrailin hücumu Livanın suverenliyinin açıq şəkildə pozulmasıdır və BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinə ziddir.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının 2006-cı ilin avqustunda qəbul edilmiş 1701 saylı qətnaməsi Livan və İsrail arasında sərhəddə bütün münaqişələrin sona çatmasını nəzərdə tutur.

Məğrur

Sitat.info



Xəbər xətti