İran: Səudiyyə Ərəbistanı ilə əlaqələrin bərpası regionda müsbət atmosfer yaradıb

17:25 10 Aprel 2023

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kenani bildirib ki, Səudiyyə Ərəbistanı ilə əlaqələrin bərpasına dair əldə olunan razılaşma regionda müsbət atmosfer yaradıb.

Sitat.info xəbər verir ki, İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, Kenani həftəlik mətbuat konfransında jurnalistlərin gündəmlə bağlı suallarını cavablandırıb.

Kənani Səudiyyə Ərəbistanı ilə əldə olunan razılaşma ilə bağlı deyib: "İran və Səudiyyə Ərəbistanı arasındakı razılaşma bölgədə müsbət atmosfer yaradıb".

Səudiyyə Ərəbistanından bir heyətin şənbə günü İrana gəldiyini xatırladan Kenani: "Bu heyət Tehrandakı səfirliyin və Məşhəddəki baş konsulluğun yenidən açılması üzərində işləyir".

Bu çərçivədə yaxın günlərdə İrandan bir nümayəndə heyətinin də Səudiyyə Ərəbistanına gedəcəyini paylaşan Kenani qeyd edib ki, sözügedən nümayəndə heyəti səfirlik, baş konsulluq və İslam Əməkdaşlıq Təşkilatındakı təmsilçiliyin bərpası ilə bağlı araşdırmalar aparacaq.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti