Cənubi Koreya: Şimali Koreya zənglərimizə cavab vermir

18:46 10 Aprel 2023

Cənubi Koreya hökuməti Şimali Koreyanın 4 gün ərzində transsərhəd əlaqə və hərbi qaynar xətt vasitəsilə edilən müntəzəm zənglərə cavab vermədiyini bildirib.

Sitat.info xəbər verir ki, Cənubi Koreyanın Birləşmə Nazirliyinin bəyanatında deyilir: "Şimali Koreya cümə günündən bəri adi zənglərə cavab vermədiyi üçün gündəlik rabitə xəttini birtərəfli qaydada kəsmiş kimi görünür".

Cənubi Koreyanın Müdafiə Nazirliyi də qeyd edib ki, hərbi rabitə kanalı vasitəsilə gündəlik iki dəfə edilən zənglər 4 gün ardıcıl olaraq cavabsız qalıb.

Birləşmə Nazirliyinin sözçüsü Koo Byoung-sam bildirib: “Hökumət vəziyyəti izləyərkən, bir tərəfdən (Şimalın mövqeyinə) necə cavab veriləcəyini nəzərdən keçirir. Çox keçməyəcək ki, rəsmi mövqe nümayiş etdirəcəyik".

Şimali və Cənubi Koreya gündə iki dəfə, saat 09:00 və 17:00-da xətt üzərindən əlaqə saxlayır.

Məğrur

Sitat.info



Xəbər xətti