Hindistanda ağac məbədin üzərinə aşıb: 7 nəfər ölüb, 30 nəfər yaralanıb

19:45 10 Aprel 2023

Hindistanın Maharaştra ştatında ağacın məbədin üzərinə aşması nəticəsində 7 nəfərin öldüyü, ən azı 30 nəfərin yaralandığı bildirilib.

Sitat.info xəbər verir ki, Hindistanın Maharaştra əyalətinin Akola bölgəsində ötən gecə güclü külək nəticəsində ritual zamanı 100 illik Ağac məbəddə qalay konstruksiyaya düşüb. Binanın altında qalanlar ətrafdakı insanlar və məmurlar tərəfindən çıxarılıb.

Polisin verdiyi açıqlamada hadisə nəticəsində 7 nəfərin həyatını itirdiyi, ən azı 30 nəfərin yaralandığı bildirilib. Yaralıların müalicə olunmaq üçün yaxınlıqdakı xəstəxanaya aparıldığı, onlardan 5-nin vəziyyətinin ağır olduğu bildirilib.

Maharaştra əyalətinin baş nazirinin müavini Devendra Fadnavis ölənlərin ailələrinə başsağlığı verib və hökumətin ailələrə təzminat ödəyəcəyini açıqlayıb.

Məğrur

Sitat.info



Xəbər xətti