Belarus prezidenti Aleksandr Lukaşenko Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə görüşüb.
Sitat.info xəbər verir ki, görüşdən sonra mətbuata açıqlama verən Lukeşaneko deyib: "Rusiya Federasiyası Belarusu öz torpağı kimi qoruyacaq".
Belarus prezidenti Lukaşenko paytaxt Minskdə Rusiyanın müdafiə naziri Şoyqu ilə görüşüb. Ötən həftə Rusiya prezidenti Vladimir Putinlə görüşünə diqqət çəkən Lukaşenko: "Putinlə görüşümüzdə sizin və ekspertlərin Belarusa gələcəyini, sizinlə oturub Belarusda təhlükəsizlik məsələlərini müzakirə edəcəyimiz barədə razılığa gəldik. Danışıqlarda ümumi şəkildə razılaşdırılıb ki, Belarusa hücum olarsa, Rusiya Federasiyası Belarusu öz ərazisi kimi qoruyacaq. Bunlar bizə lazım olan təhlükəsizlik öhdəlikləridir", - deyə bildirib.
Məğrur
Sitat.info