Çin: “ABŞ hərbi gəmisi ərazi sularımıza daxil olub”

20:36 10 Aprel 2023

Çindən verilən açıqlamada ABŞ Hərbi Dəniz Qüvvələrinə aid döyüş gəmisinin qeyri-qanuni yollarla Çin ərazi sularına girdiyi iddia edilib.

Sitat.info xəbər verir ki, Çin Xalq Azadlıq Ordusu ABŞ Hərbi Dəniz Qüvvələrinin idarəolunan raket daşıyan döyüş gəmisi "USS Milius"un Cənubi Çin dənizindəki bir adanın yaxınlığından qanunsuz keçərək Çin ərazi sularına daxil olduğunu iddia edib.

Çinin Cənub Əməliyyat Komandanlığının bəyanatında deyilir: "Çin Cənubi Çin dənizindəki adalar və ətraf dəniz regionu üzərində mübahisəsiz suverenliyə malikdir".

ABŞ Hərbi Dəniz Qüvvələrinin 7-ci Donanmasından verilən açıqlamada hərbi gəminin bölgədə "normal" əməliyyatlar apardığı və bölgəni tərk edərək Cənubi Çin dənizində əməliyyatlarını davam etdirdiyi qeyd edilib.

Qeyd edək ki, Çin ordusu martın 23-də "USS Milius"un Cənubi Çin dənizindəki Parasel adaları ətrafındakı sulara icazəsiz girdiyini açıqlamış, ABŞ Hərbi Dəniz Qüvvələri isə döyüş gəmisinin adi əməliyyatlar apardığını iddia etmişdi.

Məğrur

Sitat.info



Xəbər xətti