Zelenski: Rusiya Zaporojyeni bombaladı - ölənlər var

19:16 10 Aprel 2023

Ukrayna prezidenti Volodimir Zelenski gecə saatlarında xalqa müraciətində Rusiya ordusunun Zaporojyeni S-300-lərlə vurduğunu bildirib və hücumda biri uşaq olmaqla 2 nəfərin öldüyünü, 1 nəfərin isə ağır yaralandığını açıqlayıb.

Sitat.info xəbər verir ki, xəstəxanada müalicə alan yaralı qadının vəziyyətinin kritik olduğunu bildirən Zelenski hücuma reaksiya göstərərək bildirib: "Terror dövləti bu "Palm Sunday"ı belə keçirir. Bununla da Rusiya özünü dünyadan, insanlıqdan daha da təcrid edir. Hər xristian bayramı bizə necə olduğunu bilməsək də, pisliyin uduzacağına əmin olmağı öyrədir. Biz inanmalıyıq və inanırıq. Şərin məğlubiyyətini daha da yaxınlaşdırmalıyıq və biz onu daha da yaxınlaşdırırıq. Dünya bizimlədir. Hər ay, hər həftə dəstək artır, bizə dəstək olanların, cəsarətimizə, həyata inamımıza dəstək olanların dairəsi genişlənir. Mən dünyada hazırda Ukraynanın yanında olan hər kəsə təşəkkür etmək istərdim”.

Məğrur

Sitat.info



Xəbər xətti