ABŞ-ın Nyu Cersi ştatında türk və müsəlman icmasının sıx məskunlaşdığı Paterson şəhərində bazar günü səhər namazını qılarkən məscid imamı bıçaqla hücuma məruz qalıb.
Sitat.info xəbər verir ki, Ömər məscidinin imamı Seyid Əl-Nəkib aprelin 9-u bazar günü səhər namazını qılarkən səcdədə olan zaman camaat arasında gizlənən hücumçu tərəfindən bıçaqlanıb.
Məscidin təhlükəsizlik kamerası görüntülərində üçüncü sırada olan hücumçu 32 yaşlı Şerif Zorbanın səcdə edən camaatın üstündən tullanaraq bıçaqla 65 yaşlı imamın kürəyindən bıçaqladığı açıq-aydın görünüb.
Daha sonra əlindəki bıçaqla ona mane olmaq istəyənləri hədələyən Zorba məscidin bayır qapısına qaçmaq üzrəykən camaat tərəfindən yaxalanıb və polisə təhvil verilib.
Məsciddən bir neçə dəqiqəlik məsafədə yerləşən Saint Joseph Xəstəxanasında müalicə alan İmam Əl-Nəkibin həyati təhlükəsinin olmadığı bildirilib.
İfadəsində İstanbuldan olduğunu və bu yaxınlarda ABŞ-a gəldiyini bildirən şübhəlinin dünən Bergen İlçe Həbsxanasından türk tərcüməçinin müşayiəti ilə ilk məhkəmə iclasına qatıldığı və " sənədsiz silah gəzdirərək adam öldürməyə cəhd”dən təqsirləndiyi bildirilib.
Mətbuat açıqlamasına görə, hadisənin təfərrüatlarını özündə əks etdirən məscid rəhbərliyi Zorbanın hücumu niyə törətdiyini açıqlamayıb. Faktla bağlı istintaq davam edir.
Seymur Bənnayev
Sitat.info