Yaponiya hökuməti Yaponiyanın milli ərazi suları ətrafında artan hərbi fəaliyyətlərlə bağlı Çinə “dərin narahatlığını” bildirib.
Sitat.info xəbər verir ki, Yaponiya Xarici İşlər Nazirliyinin bəyanatına görə, iki ölkənin Xarici İşlər və Müdafiə Nazirliyinin rəsmiləri Tokioda dənizçilik məsələləri üzrə yüksək səviyyəli hərtərəfli məsləhətləşmə görüşü keçiriblər.
2019-cu ilin mayından sonra keçirilən ilk üzbəüz məsləhətləşmə görüşündə Yaponiya Çinin öz milli ərazi suları ətrafında artan hərbi fəaliyyəti ilə bağlı dərin narahatlığını bildirib.
Tayvan boğazında sülh və sabitliyin vacibliyini vurğulayan Yaponiya, Şərqi Çin dənizindəki mübahisəli bölgədə Çinin təktərəfli təbii qaz hasilatı ilə bağlı narahatlığını da dilə gətirib.
Görüş zamanı iki ölkənin rəsmiləri regionda birgə qaz layihəsini əhatə edən 2008-ci ildə imzalanmış ikitərəfli sazişin həyata keçirilməsi istiqamətində işləmək üçün qarşılıqlı niyyətlərini təsdiqləyiblər.
Yüksək səviyyəli rabitənin saxlanmasına razılıq verən iki ölkənin rəsmiləri Yaponiya-Çin müdafiə orqanları arasında yaradılmış fövqəladə hallar xəttinin istifadəyə veriləcəyinə söz veriblər.
Məğrur
Sitat.info