ABŞ Rusiya WSJ müxbirinin "haqsız yerə həbs edildiyi" qənaətinə gəlib

11:32 11 Aprel 2023

ABŞ dövlət katibi Antoni Blinkenin Rusiyada casusluq ittihamı ilə həbs edilən Amerika vətəndaşı jurnalist Evan Qerşkoviçin “haqsız yerə həbs edildiyi” qənaətinə gəldiyi açıqlanıb.

 Sitat.info xəbər verir ki, ABŞ Dövlət Departamentinin yazılı açıqlamasında: "Bu gün nazir Blinken Evan Gershkovicin Rusiya tərəfindən haqsız yerə həbs edildiyinə qərar verib" , - deyə bildirilib.

ABŞ administrasiyasının Wall Street Journalın müxbiri Gershkoviçə dəstək verəcəyini qeyd edərək bildirib: “Jurnalistika cinayət deyil. Biz Kremli Rusiyada müstəqil səsləri sıxışdırmaqda və həqiqətə qarşı müharibədə qınayırıq”.

Bəyanatda həm Gershkoviçin, həm də əvvəllər həbs edilmiş ABŞ vətəndaşı Pol Uilanın azadlığa buraxılması tələb olunur.

Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyində akkreditə olunmuş Gershkoviç martın 29-da Yekaterinburqda (Uralda) verdiyi xəbərlər zamanı saxlanılıb. ABŞ prezidenti Co Bayden və bəzi yüksək vəzifəli şəxslər amerikalı jurnalistin dərhal azadlığa buraxılmasına çağırıblar.

Rusiya Xarici İşlər Nazirliyi açıqlamasında Gershkoviçə qarşı irəli sürülən ittihamların ciddi xarakter daşıdığını və "onun qanunsuz hərəkətləri ilə jurnalist statusundan istifadə edərək məxfi məlumatları əldə etməyə çalışarkən cinayət başında yaxalandığını” iddia edib.

Gershkoviçin aprelin 18-də məhkəməyə gələcəyi gözlənilsə də, onun həbsinin təsdiqlənməsi ehtimalı müzakirə olunur.

Digər tərəfdən, ABŞ-ın təqaüdçü hərbçisi olan 52 yaşlı Pol Uilan dostunun toy mərasimiüçün getdiyi Rusiyada 2018-ci ildən eyni təqsirlə həs olunub.

Məğrur

Sitat.info



Xəbər xətti