Küveytdə xəbərləri süni intellekt Fedha təqdim edəcək

11:49 11 Aprel 2023

Küveytdə yerləşən Kuwait News xəbər kanalı, aprelin 8-də süni intellektlə işləyən virtual xəbər aparıcısı Fedhanı təqdim edib. Ərəbcə danışan Fedha: "Mən Küveytdə Kuwait News-da süni intellektlə işləyən ilk aparıcı Fedhayam. Hansı xəbərlərə üstünlük verirsiniz? Fikirlərinizi eşidək", - deyib.

Sitat.info xəbər verir ki, Kuwait News mətbuata verdiyi açıqlamada süni intellekt serveri Fedhanın sınaq mərhələsində olduğunu və internetdə gündəlik xəbərləri oxuyacağını bildirib. Ağ köynək və qara pencək geyinən Fedha tanıtım videosunda sarışın olaraq görüntülənib. Rəsmilər Fedhanın Küveytliləri bir araya gətirən müxtəlifliyi əks etdirdiyini söyləyiblər.

Fedhanın media orqanının Twitter hesabından gündəlik Xəbər bülletenlərini təqdim etməsi və zamanla Küveyt ləhcəsi ilə danışması gözlənildiyi vurğulanıb.

Məğrur

Sitat.info



Xəbər xətti