“Netanyahu ilə görüşdən sonra daha çox narahat oldum”

12:01 11 Aprel 2023

İsrailin ana müxalifət partiyası “Gələcək Var”ın lideri və keçmiş baş nazir Yair Lapid Tel-Əvivdə baş nazir Benyamin Netanyahu ilə ölkədə baş verən son hadisələrlə bağlı görüşündən sonra keçirdiyi mətbuat konfransında Netanyahu ilə görüşdən sonra daha çox narahat olduğunu bildirib.

Sitat.info xəbər verir ki, Lapid çıxışında bildirib: "Netanyahu qəbul etməlidir ki, onun hökuməti hər şeyi idarə edə bilməz və ona etibar etmək olmaz".

Məscidül-Əqsa basqını tənqid edən Lapid həmçinin: “Netanyahu Milli Təhlükəsizlik Naziri İtamar Ben Gvirə verilən səlahiyyətləri geri götürməlidir. Ben-Qvir kimi bir TikTok klounu Məbəd dağı kimi bir yerə hakim ola bilməz", - deyib.

Məğrur

Sitat.info



Xəbər xətti