Bayden: 2024-cü ildə yenidən seçkilərdə iştirak edəcəm

12:11 11 Aprel 2023

ABŞ prezidenti Co Bayden 2024-cü ildə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürdüyünü, lakin hələlik bunu rəsmən elan etməyi planlaşdırmadığını bildirib.

Sitat.info xəbər verir ki, Pasxa bayramı münasibətilə Ağ Evdə keçirilən tədbirdə NBC televiziyasının sualını cavablandıran 80 yaşlı ABŞ lideri ilk dəfə Demokratların namizədi olacağını deyib və əlavə edib və rəsmi elan planının hazırlanmadığını bildirib.

Əvvəllər həm Baydenin, həm də vitse-prezident Kamala Harrisin yenidən namizəd olacağına dair xəbərlər var idi, lakin ikilidən heç bir açıqlama verilməmişdi.  Mənbələr NBC-yə bildiriblər ki, Ağ Ev Baydenin seçki kampaniyasına başlamağa hazırlaşır. Bundan əvvəl yazıçı Marianne Williamson və keçmiş ABŞ prezidenti Con Kennedinin qardaşı qızı Robert F. Kennedy Jr Demokratlar Partiyasından namizəd olacaqlarını bəyan etmişdilər.

ABŞ-ın keçmiş prezidenti Donald Tramp da 2024-cü ildə Respublikaçılar Partiyasından namizədliyini irəli sürəcəyini açıqlayıb.

Məğrur

Sitat.info



Xəbər xətti